Bakıda içki məclisi zamanı orta yaşlı kişi qohumu tərəfindən bıçaqlanıb
6-12-2017, 08:25
Bakıda içki məclisi zamanı orta yaşlı kişi qohumu tərəfindən bıçaqlanıb. "Report" xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib. 1972-ci il təvəllüdlü Rzayev Fəxrəddin Allahverdi oğlu içki məclisi zamanı qohumu ilə əlbəyaxa dava edib. Nəticədə o, qohumu tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.