Yağışlı hava ilə əlaqədar paytaxtın iki əsas avtomagistralında sürət həddi endirilb
7-12-2017, 10:53
Yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralı - Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilb.
Bu barədə “APA-Economics”ə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
BNA-dan bildirilib ki, sürətin endirilməsində məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir: “Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl etsinlər. Hər birinizə rahat və təhlükəsiz yol arzulayırıq”.