Mingəçevirdə orta yaşlı qadın evində boğularaq ölüb

8-12-2017, 09:54           
Mingəçevirdə orta yaşlı qadın evində boğularaq ölüb
Gecə saatlarında Mingəçevir şəhərində orta yaşlı qadın evində boğularaq ölüb.
"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Günəşli yaşayış massivində qeydə alınıb.
Adı hələ ki, məlum olmayan 1985-ci il təvəllüdlü qadın müəmmalı şəkildə dünyasını dəyişib. İlkin ehtimala görə, o, boğularaq ölüb. Qadının bədbəxt hadisə nəticəsində boğulduğu, yaxud özünə qəsd etdiyi hələ ki, məlum deyil.
Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Mingəçevir şəhər şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru