Problem birdəfəlik həll ediləcək - ABŞ “əsrin sazişi”ni bağlamaq istəyir

8-12-2017, 22:57           
Problem birdəfəlik həll ediləcək - ABŞ “əsrin sazişi”ni bağlamaq istəyir
Vaşinqton Fələstin-İsrail probleminin həlli üçün “əsrin sazişi”ni bağlamaq istəyir.
Publika.az SİTA agentliyinə istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson onunla görüşdə bildirib.
“Dövlət Administrasiyasının başçısı bildirdi ki, ABŞ Fələstin-İsrail problemini birdəfəlik həll edəcək əsrin sazişini bağlamaq istəyir”, - Lavrov deyib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dekabrın 6-da Qüdsü İsrailin paytaxtı kimi tanıyıb və ABŞ-ın Təl-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsi barədə sənəd imzalayıb.
Qərar demək olar ki, dünyanın heç bir ölkəsindən dəstək almayıb. Siyasi liderlər bildirirlər ki, Trampın qərarı bölgədə vəziyyəti daha da gərginləşdirəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru