Dövlət İdarəçilik Akademiyasında oxuyan tələbənin meyiti tapılıb
9-12-2017, 08:01
Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.
teref.az-nun APA-ya istinadən verdiyi məlumatına görə, paytaxtın Nizami rayonu, Çobanzadə küçəsi ev 59, mənzil 21 ünvanında yaşayan, 1997-ci il təvəllüdlü Tural Nəbi oğlu Həsənovun meyiti vanna otağında aşkarlanıb.
Onun dəm qazından boğularaq öldüyü ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, T. Həsənov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi olub.