Fəhlə uçqun altında qaldı - Foto

9-12-2017, 23:10           
Fəhlə uçqun altında qaldı - Foto
Biləsuvar şəhərində istehsalatda bədbəxt hadisə nəticəsində 1 nəfər xəsarət alıb.

Report xəbər verir ki, 1991-ci il təvəllüdlü rayon sakini Mirzəyev Asif Vasif oğlu kanalizasiya xətti çəkilişi zamanı torpaq altında qalıb.

Yaralı yaxınlıqdakıların köməkliyi ilə qaldığı yerdən çıxarılıb və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.