Bakıda gənc oğlan xalası oğlu tərəfindən "beşbarmaq"la döyülüb
11-12-2017, 08:29
Bakıda gənc oğlanı xalası oğlu "beşbarmaq"la döyüb. "Report" xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib. Zivərbəy Əhmədbəyov küçəsində yerləşən mənzildə 1990-cı il təvəllüdlü Salayev Vüsal Babakişi oğlu xalası oğlu ilə əlbəyaxa dava edib. Dava zamanı V.Salayev "beşbarmaq"la döyülərək xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib. Həkimlər V.Salayevin vəziyyətini orta-ağır kimi qiymətləndirir. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.