Bakıda küçədə pilləkənlərdən yıxılan kişi ölüb. "Report" xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib. Belə ki, Badamdar şossesi ilə Parlament prospektinin kəsişməsində olan piyada keçidinin pilləkənlərində təxminən 50-55 yaşlı kişi yıxılaraq kəllə-beyin travması alıb. Yaralı xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq o, dünyasını dəyişib. Hazırda hüquq-mühafizə orqanları tərəfindən meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Hadisənin dəqiq təfərrüatları araşdırılır.