İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) raket üzrə hərbi mütəxəssisi Hüseyn Xosrəvi Yəmənin paytaxtı Sənada öldürülüb.
Axar.az xəbər verir ki, hərbi ekspertin Sənanın Ərhəb məntəqəsində husilərin hücumu zamanı həlak olduğu bildirilib.
Qeyd edək ki, Yəməndə cərəyan edən savaşda Səudiyyə Ərəbistanı və onun ərəb koalisiyasındakı müttəfiqləri Yəmənin indiki qanuni hökumətini, İran isə yaraqlı husiləri dəstəkləyir.