Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Magistralın Xızının Yaşma kəndi ərazisindən keçən hissəsində avtobusla minik maşının toqquşması nəticəsində 7 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Sumqayıt Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır. (apa)