APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Suraxanı rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində 30 m2 sahədə məişət tullantıları yanıb.
Yanğının kəşfiyyatı zamanı 1 nəfər kişi meyiti aşkar olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.