İranın Kirmanşah əyalətində zəlzələ nəticəsində ölənlərin sayı 620 nəfərə çatıb
12-12-2017, 08:49
Ötən ay İraq-İran sərhədində baş verən 7,3 maqnituda gücündə zəlzələ nəticəsində İranın Kirmanşah əyalətində ölənlərin sayı 620 nəfərə çatıb. "Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Kirmanşah tibb müəssisəsinin direktoru Artin Kemaliyə istinadən "Mehr" məlumat yayıb. Noyabrın 12-də baş verən zəlzələ qurbanlarının 559 nəfəri Serpolzehab şəhərində dünyasını dəyişib.