Bakıda müəmmalı ərazi tapıldı: Hər kəs təəccüb içində - FOTO

13-12-2017, 16:32           

Cinayətkar kameralardan necə qaçdı?
Noyabrın 9-u təxminən axşam saat 7-8 radələrində Bakının Mehdiabad qəsəbəsinin "Gənclər Şəhərciyi" ərazisində Rəşad Şükürovun avtomobillə vurulması barədə məlumat vermişdik. teref.az milli.az-a istinadən xəbər verir ki, cinayət hadisəsinin üzərindən 34 gün keçməsinə baxmayaraq qaçan sürücünü tapmaq hələ də, mümkün olmayıb. Cinayət işini ilk gündən araşdıran Binəqədi Rayon Polis İdarəsinin müstəntiqi Ramil Mehdiyev 28 gün sonra müəmmalı şəkildə qəzanın baş verdiyi ərazinin Binəqədi rayonuna aid olmadığını bildirərək, "işi" Abşeron Rayonu Polis İdarəsinə göndərib. Zərərçəkən tərəfin verdiyi məlumata görə, Binəqədi və Abşeron rayon polis idarəsi arasında qəzanın baş verdiyi əraziylə bağlı mübahisə davam edir. Hər iki rayonun polis idarəsi sözügedən ərazinin onlara məxsus olmadığını irəli sürür.
Maraq üçün bildirək ki, Rəşad Şükürovun vurulduğu istiqamətdə kameralar quraşdırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru