Rusiya Poroşenkonun şirkətini vergidən yayınmada ittiham edir
4-04-2015, 16:13
Rusiya rəsmiləri bildirir ki, Ukrayna prezidenti Petro Poroshenko-ya məxsus şokolad fabrikində polis reyd keçirib və vergi fırıldağı sənədləri axtarıb. Rusiya xəbər agentliklərinin məlumatına görə, maskalı polislər aprelin 1-də qərbi Lipetsk şəhərində Roshen fabrikini mühasirəyə alıb və girişi bağlayıb.
Rusiya İstintaq Komitəsinin sözçüsü Vladimir Markin deyib ki, detektivlər Roshen-in 180 milyon rubl (3.1 milyon dollar) dəyərində şübhəli vergi yayınmasına dair sənədlər axtarıblar.
Roshen bəyanat yayaraq vergi yoxlamasını “qəbulediməz və qanunsuz” adlandırıb.
Ötən il Rusiya Krımı anneksiya edəndən Moskva ilə Kiyevin münasibətləri kəskinləşib. Kreml Ukraynanın şərqində silahlılara dəstək göstərməsinə dair deyilənləri təkzib edir.
Poroshenko ötən ay Rusiya hakimiyyətini ittiham edib ki, Lipetsk fabrikinin satılması planlarına müdaxilə edir. Roshen noyabrda 400 işçini ixtisar edib, əməliyyatları dayandırdığını bildirib.