Bakıda intihar cəhdinin qarşısı alınıb - YENİLƏNİB-2

15-12-2017, 07:40           

Bakının Xəzər rayonu Binə qəsəbəsində intihara cəhdin qarşısı alınıb. APA-nın xəbərinə görə, Əli İsazadə küçəsi, 1 ünvanında yerləşən beşmərtəbəli binanın damına qalxaraq, intihar etmək niyyətini nümayiş etdirən qəsəbə sakini Сavid Sadiqov bıçaqla özünə xəsarət yetirib. Damda olan polis əməkdaşları və FHN xilasediciləri həmin an onu saxlayaraq aşağı endiriblər və hadisə yerinə cəlb edilən həkimlərə təhvil veriblər. Sərxoş vəziyyətdə olan 23 yaşlı С.Sadiqov dərhal xəstəxanaya çatdırılıb.

***** 01.55

Bakının Binə qəsəbəsində intihara cəhd edən vətəndaşın kimliyi bəlli olub. APA-nın xəbərinə görə, intihara cəhd edən şəxs 1995-ci il təvəllüdlü Sadiqov Сavid Sevindik oğludur. Məlumata görə, onun Emin adlı 17 yaşlı qardaşı özünü iyunun 21-də binanın damından ataraq intihar edib. İntiharın istintaqı ilə bağlı narazılıq bildirən Sadiqov Сavidin sərxoş olduğu bildirilir.


**** 01.07

Bakının Binə qəsəbəsində vətəndaş intihara cəhd edir. FHN-dən APA-ya verilən xəbərə görə, bıçaqla silahlanmış naməlum şəxs qəsəbə ərazisindəki beş mərtəbəli binalardan birinin damına qalxaraq, intihar etmək niyyətini nümayiş etdirir.

Hadisə yerinə polis əməkdaşları və FHN-nin xilasediciləri cəlb edilib. Ərazidə təhlükəsizlik tədbirləri görülüb. FHN-nin xilasedicilərindən ibarət xüsusi qrup psixoloji söhbət aparmaqla vətəndaşı fikrindən daşındırmağa çalışır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.