Fransada avtobusla qatarın toqquşması nəticəsində ölən və yaralanan 10-dan çox uşaq hələ də tanınmayıb

15-12-2017, 07:50           
Fransada avtobusla qatarın toqquşması nəticəsində ölən və yaralanan 10-dan çox uşaq hələ də tanınmayıb
Fransada avtobus və qatarın toqquşması nəticəsində ölən və ya yaralanan 10-dan çox uşağın şəxsiyyəti hələ də, məlum deyil.

“Report” xəbər verir ki, bu barədə yerli prokurorluğa istinadən BFMTV telekanalı məlumat yayıb.

Perpinyan prokuroru Jan-Jak Fanyinin sözlərinə görə, ölən dörd uşağın meyiti tanınmayıb, həmçinin ağır xəsarət alan 7-sinin şəxsiyyəti müəyyən edilməyib.

Zərərçəkənlərdən ən kiçiyinin 8 yaşı olub, böyüyünün isə 15.

Dekabrın 14-də TER regional qatarı Milla kommunasının keçidində avtobusu vurub. İlkin məlumata görə, 10 nəfər xəsarət alıb, 4 nəfər ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru