Lənkəranda güllə yarası alan yeniyetmə suya yıxılaraq boğulub

15-12-2017, 08:12           
Lənkəranda güllə yarası alan yeniyetmə suya yıxılaraq boğulub
Lənkəranın Balıqçılar qəsəbəsində yeniyetmə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

"Report" xəbər verir ki, ilkin məlumata görə, 2002-ci il təvəllüdlü Axundov Heydər Fuad oğlu ehtiyatsızlıqdan özünü odlu silahdan açılan atəş nəticəsində yaralayıb.

Nəticədə o, suya yıxılıb və orada köməksiz vəziyyətdə qalaraq boğulub.

Hadisə baş verən zaman onun yanında kiminsə olub-olmadığı öyrənilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru