Diqqət: cəriməsi olan sürücülərə qadağa gəlir – Qanun

15-12-2017, 11:25           

Ödənilməmiş cəriməsi olan sürücülər cəriməni ödəməyənədək, avtomobilini qeydiyyatdan keçirə, sürücülük vəsiqəsini dəyişə bilməyəcək.

Axar.az xəbər verir ki, bu sözləri hüquqşünas, yol-hərəkəti üzrə ekspert Ərşad Hüseynov bu gün "Yol hərəkəti haqqında" Qanuna ediləcək dəyişikliklərlə bağlı danışarkən deyib.

Ə.Hüseynov bildirib ki, problem yaşamamaq üçün sürücülər bundan sonra daha diqqətli olmalıdır:

“Dəyişiklik qüvvəyə mindikdən sonra avtomobilini qeydiyyatdan, addan-ada, texniki baxışdan keçirərkən və sürücülük vəsiqəsini dəyişərkən adamın yol hərəkəti qaydalarını pozmasına görə qüvvəyə minmiş və ödənilməmiş cərimələri varsa, həmin hərəkətlər edilməyəcək. Yəni qanuni qüvvəyə minmiş və ödənilməmiş cəriməsi olanların avtomobilinin qeydiyyatından imtina ediləcək. Həmçinin texniki baxış talonu verilməyəcək və sürücülük vəsiqəsi dəyişdirilməyəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru