Qardaşını ürəyindən güllələdi: AİLƏ FACİƏSİ

16-12-2017, 21:34           

Sankt-Peterburqda azərbaycanlı qardaşlar arasında yaşanan mübahisə ölümlə nəticələnib. APA-nın Sank-Peterburqun yerli mətbuat orqanına istinadən verdiyi xəbərə görə, hadisə 14 dekabr tarixində baş verib.

Bildirilir ki, Sankt-Peterburqun mərkəzində yaşayan 31 və 48 yaşlı, adları hələ məlum olmayan qardaşlar hadisə baş verən gün birlikdə spirtli içki içiblər və aralarında mübahisə yaranıb. Nəticədə böyük qardaş ov tüfəngi ilə qardaşını ürəyindən güllələyib.

Yaralanan qardaş yerindəcə ölüb. Hadisəni törətmiş şəxs saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru