Bərdədə doğuş zamanı növbəti ana ölümü baş verib - Həkimlərin səhlənkarlığından

19-12-2017, 17:43           
Bərdədə doğuş zamanı növbəti ana ölümü baş verib - Həkimlərin səhlənkarlığından
Azərbaycanda doğuş zamanı ana ölümü olub.“Report”un məlumatına görə, Bərdə rayonu, Həsənqaya kənd sakini, 1986-cı il təvəllüdlü Əliyeva Könül Kamil qızı doğuş zamanı ölüb.
Hadisə bu gün səhər saatlarında Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində baş verib.
Ananın dünyaya gətirdiyi körpə qızın vəziyyəti stabildir.
Mərhumun yaxınları ananın ölümündə həkimlərin səhlənkarlığının olduğunu iddia edir.
Qeyd edək ki, bu, K.Əliyevanın dünyaya gətirdiyi ikinci övladıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru