Beynəlxalq koalisiya: İŞİD-in üç başçısı məhv edilib
20-12-2017, 08:21
Beynəlxalq koalisiya son üç həftə ərzində İŞİD terror qruplaşmasının üç başçısını məhv edib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu koalisiyanın İraq və Suriyada qruplaşmanın mövqelərinə endirdiyi zərbələri nəticəsində mümkün olub.
Dekabrın 1-i Fərat çayının vadisində Əbu Fəysal və müavini, noyabrın 28-i isə İraqda Mustafa Əl-Zəui məhv edilib.