Oğru oğurladığı telefonla təsadüfən selfi çəkib paylaşdı

20-12-2017, 08:41           
Oğru oğurladığı telefonla təsadüfən selfi çəkib paylaşdı
Odessada bir qadının telefonunu oğurlayan kişi təsadüfən çəkdiyi selfini elə həmin telefondakı facebook vasitəsilə paylaşıb. Facebook sahibi də təbii ki, oğurlanan telefonun sahibi olub.

Lenta.ru saytının xəbərinə görə, foto təsadüfən sosial şəbəkəyə yüklənib. Həmin vaxt oğru telefonu bloklamağa çalışırmış. Amma əli təsadüfən hansısa düyməyə dəyib və şəkil sosial şəbəkədə görünüb. Bunu fərq edən kimi oğru telefon sahibinin facebook hesabından öz şəklini silib. Amma telefon sahibi fotonu dərhal fərq etdiyi üçün onu özündə saxlayıb və oğrunun şəklini dərhal polisə verib.

Bu ilin noyabrında 22 yaşlı britaniyalı rok qrupun konsertində tamaşaçılardan 53 mobil telefon oğurlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.