Yenidən dirilmək üçün 140 min dollar ödədi

20-12-2017, 08:42           
Yenidən dirilmək üçün 140 min dollar ödədi
Amerikada yaşayan Dennis Kovalski həyat yoldaşı Mariya və üç uşağı öləndən sonra soyutma otaqlarında dondurulmaq üçün ümumən 140 min dollar ödəyib. “Cryonics” firması gələcəkdə mümkün olacaq tibbi inkişafdan sonra yenidən dirildə bilmək üçün insan bədənini aşağı temperaturda uzun illər boyunca qoruyur. Firma hazırda 160 insan bədəni və 100 ev heyvanını dondurulmuş şəkildə saxlayır. Kovalski ailəsi də bu dünyada ikinci şansları olacağı ümidi ilə bu işə girişib. 140 min dollar qaşılığında firma öldükdən sonra bədənlərini likit azotla mühafizə edəcək.

İnsan öləndən dərhal sonra prosedur başlanır və bədən ilk olaraq buz qabına qoyulur. Daha sonra cəsəd Mişiqandakı Cryonics İnstitutunun şirkət mərkəzinə daşınır. İnsanın qanının yerinə antifriz məhlulu qoyularaq bir soyutma otağına yerləşdirilir. Ən sonunda bədən gələcəkdə oyandırılmaq ümidi ilə özəl bir saxlama qabına qoyulur.

Bu prosedurun təxmini maliyyəsi 28 min dollardır. Şirkət gəlir məqsədi güdmür, ödənən maliyyə qarşılığında bədəni saxlamaq funksiyasını icra edir. Bir çox mütəxəssis isə bu bədənlərin həyata qaytarıla biləcəyinə dair ümid olmadığını deyir. Dennis Kovalski isə bu prosedur üçün “itirəcək şey çox azdır. Amma qazanılacaq olan çoxdur” deyir. Proqrama yazılan insanların sayı isə 2 min nəfərdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.