Səudiyyə rəsmən açıqladı: Qətərlə sərhəd bağlandı

20-12-2017, 08:47           

Səudiyyə Ərəbistanı ilə Qətər arasında yerləşən Selva sərhəd-keçid məntəqəsi bağlanılıb.

Axar.az xəbər verir ki, bu barədə “Əl Cəzirə” məlumat yayıb.

Rəsmi Ər-Riyadın bu yöndə yekun qərar qəbul etdiyi bildirilib.

Qeyd edək ki, bir neçə körfəz ölkəsi Qətərin terrorizmi maliyyələşdirdiyini iddia edərək 5 iyun tarixində rəsmi Doha ilə əlaqələri dondurmuşdu. O gündən bəri Səudiyyə ilə Qətər arasında qurudan olan yeganə keçid məntəqəsi də bağlanılmışdı.

Lakin Həcc ziyarəti səbəbindən sərhəd yenidən müvəqqəti olaraq açılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru