"Report"un xəbərinə görə hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Bakıxanov qəsəbəsində 1978-ci il təvəllüdlü Hüseynov Yusif Məhəmməd oğlu ötən gecə naməlum şəxslə mübahisə zamanı bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.