Bakı sakini qonşusu tərəfindən qətlə yetirilib

15-01-2018, 09:33           
Bakı sakini qonşusu tərəfindən qətlə yetirilib
Bakıda qətl törədilib. APA-nın məlumatına görə, hadisə Yasamal rayonu, Xıdır Mustafayev küçəsi 126 ünvanında qeydə alınıb.



Hadisə zamanı 1970-ci il təvəllüdlü İsgəndərov Şahin Rasim oğlu yaşadığı binanın qarşısında bıçaqlanıb. Məlumata görə, o, avtomobilini park edərkən qonşusu ilə mübahisə edib. Mübahisə nəticəsində qonşusu ona 9 bıçaq zərbəsi vurub.



Ş. İsgəndərov ağır vəziyyətdə 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.



Faktı Yasamal Rayon Prokurorluğu araşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru