“Alpinistlərin axtarışı dayandırılmalıdır….”

16-01-2018, 00:04           

Alpnistlərin axtarışları dayandırılmalıdır, çünki ərazidə yüksək uçqun təhlükəsi var.

teref.az-nun məlumatına görə, bunu helikopterlə aparılan axtarış qrupunda iştirak edən dağçı, alpinist Aleksandr Nəcəfov Bizimyol.info saytına açıqlamasında bildirib.

Onun sözlərinə görə, itkin düşən dağçılarla bağlı müəyyən izlər axtarmaq üçün helikopterlə axtarışlar aparılsa da, bu günə qədər heç bir izə rast gəlinməyib.

"Çox təəssüflə deyirəm ki, hazırda axtarışlar aparmaq mənasızdır. Çünki bizim dərələrdə işləmək böyük riskdir. Hər zaman uçqun təhlükəsi yarana bilər”,- deyə o bildirib.

"Alpinistlərin üzərində çiplər və bu kimi xüsusi avadanlıqlar olmayıb. Çiplərdən xizəkçilər istifadə edirlər. Alpinistlərin axtarışı üçün istifadə olunan xüsusi əməliyyatların keçirilməsi onlara tətbiq olunmur. İndiki təhlükəli vəziyyətdə V şəklindəki dərələrdə onların axtarışları çox təhlükəlidir, belə bir şəraitdən ancaq təcrübəli alpinistlər baş çıxara bilərdilər", - deyə o əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru