Bir-birinin ardınca inqilabi islahatlara imza atan Səudiyyə Ərəbistanında daha bir qadağa bitib. İstiPress-in məlumatına görə, 35 ildən sonra ilk dəfə kinoteatrların fəlaiyyətinə icazə verilib. İlk mərhələdə dövlətin dəstəklədiyi kiinoteatrlar fəaliyyətə başlayıb.
Hələlik ilk kinoteatr dövlətin balansında olan salonda açılıb. Həftə ərzində filmlər, həftəsonu isə burada uşaqlar üçün uzun metrajlı animasiya filmlərinin nümayişi nəzərdə tutulub.
İlk sabit kinoteatrınisə martda açılacağı gözlənilir.
Xatırladaq ki, ötən il Ərəbistanda qadınlara maşın sürmək, matçları stadionda izləmək kimi hüquqlar da verilib. Bir neçə gün öncə qadınların da izlədiyi ilk oyun olub. Bütün bu dəyişikliklərin müəllifi isə vəliəhd şahzadə Məhəmməd bin Salman hesab edilir.