20 yaşlı gənc özünü bıçaqlayaraq öldürüb

17-01-2018, 00:22           
20 yaşlı gənc özünü bıçaqlayaraq öldürüb
Şəmkirdə 20 yaşlı gənc özünü bıçaqlayaraq intihar edib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Zəyəm Cırdaxan kəndində baş verib. Kənd sakini 1998-ci il təvəllüdlü Hüseynov Tural Sakit oğlu yaşadığı evdə bıçaqla ürək nahiyəsinə bir zərbə vurub. Qan itirən gənc dərhal Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru