Şəmkirdə silahlı insident olub, bir nəfər güllələnib 17-01-2018, 15:49 Şəmkirdə silahlı insident olub.APA-nın qərb bürosunun xəbərinə görə, hadisə günorta saatlarında Şəmkir şəhərində bazarın yaxınlığında baş verib.Küçədə bir nəfərin odlu silahdan açdığı atəş nəticəsində Şəmkir sakini, 1992-ci il təvəllüdlü Mircəlal Mehdiyev xəsarət alıb. Güllə yarası alan M. Mehdiyev Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.Faktla bağlı araşdırma aparılır. Facebook-da paylaş