Bələdiyyələrə qəbiristanlıqların idarə edilməsi səlahiyyətini verən qanun qüvvəyə minib

18-01-2018, 21:25           
Bələdiyyələrə qəbiristanlıqların idarə edilməsi səlahiyyətini verən qanun qüvvəyə minib
Bələdiyyələrə qəbiristanlıqların idarə edilməsi sahəsində səlahiyyət verilməsini nəzərdə tutan qanun qüvvəyə minib.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı bu gün “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanununun tətbiqi haqqında” fərman imzalayıb.

Bundan sonra bələdiyyələrin yerli sosial müdafiə və sosial inkişaf proqramlarında mütəmadi olaraq mövcud qəbiristanlıqların idarə olunması, saxlanılması və köçürülməsi, o cümlədən bələdiyyənin ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn mərasimlərinin təşkilinə yardım göstərilməsi nəzərdə tutulmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru