Şəkidə 56 yaşlı qadın özünü qəbiristanlıqda niyə asıb?

19-01-2018, 00:09           

Şəkidə dəhşətli olay baş verib.

teref.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, rayon sakini Gülşad Ələkbər qızı İsgəndərova intihara cəhd edib.

O, qəbiristanlığa gedərək, özünü valideyninin qəbrinin yanındakı dirəkdən asıb. Qadını son anda Şəki rayon Polis Şöbəsinin əməkdaşları xilas edib.

Gülşad İsgəndərova travmatik şok vəziyyətində Şəki Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Rayon sakinlərinin verdiyi məlumata görə, qadının banka xeyli borcu olub.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru