Atanı öldürüb, oğulu yaralayan qatil HƏBS OLUNDU

20-01-2018, 13:26           
Atanı öldürüb, oğulu yaralayan qatil HƏBS OLUNDU
Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Ucar rayonu ərazisində törədilən ağır cinayətin üstü “isti izlər”lə açılıb. Bu barədə DİA.AZ-a Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir.

Yanvarın 19-da Ucar şəhəri ərazisində şəhər sakini Tehran Zahidovun və oğlu Samirin bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilmələri, T.Zahidovun orada ölməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal hadisəni törədən şəxsin saxlanılması istiqamətində polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla onlara bıçaqla xəsarətlərin münaqişə zəminində həmyerliləri Nurlan İsayev tərəfindən yetirilməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə əvvəllər məhkum olunmuş N.İsayev saxlanılaraq istintaqa cəlb olunub.

Faktla əlaqədar cinayət işi başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru