Batan gəmidən çıxarılan 10 nəfər huşsuz vəziyyətdədir

4-04-2015, 16:19           
Batan gəmidən çıxarılan 10 nəfər huşsuz vəziyyətdədir Oxot dənizində batan “Dalny Vostok” balıq ovlayan gəmidən xilas edilmişlərin hamısının bədən temperaturu kəskin soyuyub. Məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin rəsmisi verib. Onlar suda həddən artıq qalıblar. Suyun temperaturu isə 0 dərəcədən çox deyil. Hazırda 10 nəfər çox ağır, huşsuz vəziyyətdədir.

Sudan 62 nəfər çıxarılıb. 54 nəfər həlak olub. 15 nəfər axtarılır.

Balıq ovlayan gəmi Maqadanın 300 kilometrliyində, Oxot dənizində batıb. Gəmidəki 132 nəfər Rusiya, Latviya, Ukrayna, Myanma və Vanuatu vətəndaşlarıdır.

Cinayət işi qaldırılıb.

Qəzanın səbəbi hələlik bəlli deyil. Mənbə TASS-a deyib ki, bir səbəb üzən buzla toqquşma ola bilər. Ancaq digər versiyalar, məsələn, təhlükəsizlik qaydalarının pozulması da istisna olunmur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru