PKK-nın ərəb qızlara qarşı dəhşətli siyasəti

19-02-2018, 09:52           

PYD terror qruplaşması ərəb ailələrindən alınan qızları zorla öz sıralarına cəlb edir.

Axar.az xəbər verir ki, bu barədə Anadolu Angentliyi Afrində yerli əhaliyə istinadən məlumat yayıb.

“Hər ailədən bir nəfər mütləq şəkildə YPG sıralarına qatılmalıdır. Əgər ailədə oğlan uşağı yoxdursa, onda zor gücü ilə qızları alırlar. Biz öz ailələrimizi terrorçulara vermək istəmirik”, - deyə Deyr Ballut Həlimə adlı sakin deyib.

Məhəmməd Aluşa adlı şəxsin bildirdiyinə görə, PYD-çilər yerli əhalini insan hesab etmirlər. Lakin Aluşa Azad Suriya Ordusunun (ASO) gəlişindən sonra vəziyyətin dəyişdiyini deyib.

65 yaşlı Fatimə Xaleybi isə vurğulayıb ki, terrorçular yerli ərəblərlə çox kobud rəftar edirdilər:

“ASO-nun gəlişindən sonra durum dəyişdi”.

Əbu Huzeyfə də öz növbəsində vəziyyətin daha dözülməz olduğunu qeyd edib:

“PKK zorla ərəb gəncləri öz aralarına qəbul edir. Həmçinin məhkəməsiz və araşdırmasız insanları həbsxanalara atır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru