Yerevanda ərini öldürməyə cəhd edən qadın həbsdən azad edilib

21-02-2018, 07:47           
Yerevanda ərini öldürməyə cəhd edən qadın həbsdən azad edilib
Ermənistanın paytaxtı Yerevanda ərini öldürməyə cəhd edən qadın "ağlı başında olmayan" şəxs kimi tanınıb.

"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, ittiham aktına əsasən Mariam adlı qadın yatmış ərini öldürmək istəyib.

O, bu məqsədlə ərinə bir neçə bıçaq zərbəsi endirib. Zərbələr onun həyat yoldaşının sol yanağını zədələyib.

Qadın ağlı başında olmayan şəxs kimi tanınıb. Bildirilir ki, məhkəmə yaxın vaxtlarda onun icbari müalicəyə göndərilməsi barədə qərar qəbul edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru