Latviya Mərkəzi Bankının rəhbəri korrupsiyaya görə vəzifəsindən kənarlaşdırılıb

21-02-2018, 08:18           

Korrupsiya cinayətində şübhəli bilinən Latviya Mərkəzi Bankının rəhbəri İlmar Rimşeviç vəzifəsindən kənarlaşdırılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Latviya Korrupsiya ilə Mübarizə Bürosunun nümayəndəsi Laura Duşa bildirib.



Qeyd edək ki, İ. Rimşeviç pul tələb etməkdə və böyük məbləğdə rüşvət almaqda şübhəli bilinir. İstintaq materiallarına əsasən, rüşvətin məbləği azı 100 min avro təşkil edib.



İ. Rimşeviç bundan əvvəl vəzifəsindən getmək istəmədiyini bəyan etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru