AZƏRBAYCANIN İLK AVTOMOBİLİNİN ADI "CROWN" OLACAQ

21-02-2018, 23:36           

Neftçala Avtomobil Zavodunda istehsal ediləcək ilk avtomobillərin adı "Crown" (tac) olacaq. Bunu "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.

E.Axundovun sözlərinə görə, ilk olaraq iki komplektasiyada maşın istehsal olunacaq: "Bu avtomobillər ixraca nəzərdə tutulduğu üçün adı da ona uyğun seçilib. İlk olaraq iki komplektasiya avtomobil istehsal edilməsi nəzərdə tutulub. Bu, "S 5" (sadə) və "L 5" (lüks) seriyalı avtomobillər olacaq. Hər iki avtomobil mexaniki ötürücü qutusuna malik olacaq".

"Azərmaş" rəsmisi qeyd edib ki, zavodun açılışı mart ayının sonuna planlaşdırılır və açılışdan bir ay sonra ilk avtomobillər satışa çıxarılcaq: "Bu avtomobillər "Peugeout"nun bazasında yığılacaq. Avtomobillərin qiyməti 14-16 min manat arasında dəyişəcək. Mühərrikin həcmi isə 1,7 litr olacaq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru