Bədəni döymə ilə dolu kişi meyiti tapılıb - Azərbaycanda

29-03-2018, 19:59           
Bədəni döymə ilə dolu kişi meyiti tapılıb - Azərbaycanda
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan DİA.AZ-a verilən məlumata görə, martın 29-da Siyəzən rayon Yenikənd kənd ərazisində 55-60 yaşlarında bir kişi meyiti tapılıb.

Tapılan zaman üzərindən heç bir sənəd aşkar olunmayıb. Həmin kişinin boyu 175 santimetr, orta bədən quruluşlu, gözləri mavidir. Bədəninin müxtəlif nahiyələrində dövmələr var.

Şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Siyəzən Rayon Polis Şöbəsinə (02330) 4-02-21; (02330) 4-13-03 şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru