Bu gün səhər saatlarında Bakıda dəhşətli yol qəzası baş verib. teref.az Lent.az-a istinadən xəbər verir ki, Pirallahı yolunda “VAZ 2106” markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq işıq dirəyinə çırpılıb.
Zərbənin gücündən avtomobilin arxa oturacağında əyləşən sürücünün həyat yoldaşı Sona Əliyeva və övladı, 4 aylıq Rəna hadisə yerində vəfat edib.
Avtomobili idarə edən 33 yaşlı İsmixan Əliyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.