Gənc qadın üç yaşlı oğlu ilə birlikdə itkin düşdü 20-06-2018, 21:12 Balakən rayonunda 18 yaşlı qadın üç yaşlı oğlu ilə birlikdə itkin düşüb.Rayonun Hənifə kənd sakini, 1999-cu il təvəllüdlü Sevinc Ocaqverdiyeva 2015-ci il təvəllüdlü oğlu Ruslanla birlikdə evdən çıxıb və geri qayıtmayıb.Onların axtarışları Balakən rayon Polis şöbəsi tərəfindən davam etdirilir. Facebook-da paylaş