Poroşenkonun gizli "Facebook” profili tapıldı-FOTO

21-06-2018, 09:39           
Poroşenkonun gizli "Facebook” profili tapıldı-FOTO
Ukrayna prezidenti Pyotr Poroşenkonun gizli "Facebook" profili aşkarlanıb


Lent.az-ın xəbərinə görə, bu barədə ukraynalı jurnalist Aleksandr Dubinski sosial şəbəkədəki səhifəsində yazıb.



Onun sözlərinə görə, "Peter Lions" adlı səhifə 4,5 ildir mövcuddur: "Bu gündən səhifə yalnız dostlar üçün açıqdır. Bu səhifəyə bir çox siyasətçilər və biznesmenlər, eləcə də prezidentin ailə üzvləri abunə olub".



"Peter Lions" Aleksandr Dubinski də daxil olmaqla 3 jurnalistə abunə olub. Ancaq səhifədən skrinşotları dərc etməsindən sonra Dubinski dostlar sırasından çıxarılıb: "Daha yaxşı dəlil düşünmək mümkün deyildi. Təşəkkürlər, Pyotr Alekseyeviç!"













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru