Şamaxıda kişi həyat yoldaşının baş və üz nahiyələrinə 4 bıçaq zərbəsi vurub

21-06-2018, 10:25           
Şamaxıda kişi həyat yoldaşının baş və üz nahiyələrinə 4 bıçaq zərbəsi vurub
Şamaxı rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, Meşə kəndində 1986-cı il təvəllüdlü yerli sakin Əlqəmayeva Zəhra Güloğlan qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Dörd bıçaq zərbəsi alan qadın yaxınlarının köməkliyi ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanadan verilən məlumata görə, Z.Əlqəmayeva sifətin sağ nahiyəsinin ağız boşluğuna dəlib keçən yaraları, üz, alın və baş nahiyəsindən kəsilmiş-deşilmiş yaralar ilə Cərrahiyyə şöbəsinə daxil olub. Xəstəyə ilkin tibbi yardım göstərilib. Xəstə cərrahi əməliyyatdan sonra palataya yerləşdirilib.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Ər-arvad arasında bundan əvvəl də bənzər bıçaqlanma hadisəsinin yaşandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru