Mahaçqalada silahlı insident: ölən var

22-06-2018, 09:17           

Mahaçqala şəhərinin küçələrinin birində dava zamanı atəş nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Bu haqda Trend respublikanın hüquq-mühafizə orqanlarına istinadən xəbər verir.

"Mahaçqala şəhərinin Şaboldayev küçəsində cümə axşamı günorta saatlarında silahlı insident nəticəsində iki kişi yaralanıb. Onlardan biri xəstəxanada həyatını itirdi. Hadisə yerindən güllə gilizləri götürülüb", - deyə mənbə xəbər verir.

Atışma iştirakçılarının bir neçəsi cinayət yerindən qaça bilib. Şəhərdə axtarış tədbirləri aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru