Kürdəmirdə maşın aşıb, 3 nəfər xəsarət alıb

23-06-2018, 09:44           
Kürdəmirdə maşın aşıb, 3 nəfər xəsarət alıb
Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonunun Ərsəli kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, Bakı şəhər Xəzər rayon sakin Səfərov Şaiq Babək oğlunun idarə etdiyi "10-RH-107" dovlət qeydiyyat nişanlı "VAZ-2107" markalı maşın idarəetmədən çıxaraq aşıb.

Nəticədə avtomobildə olan sərnişinlər – 1986-cı il təvəllüdlü Səfərova Aygün Şaiq qızı, 2003-cü il təvəllüdlü Quluzadə Aygün Niyazi qızı və 1988-ci il təvəllüdlü Quliyev Siyavuş Laçın oğlu müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru