Qazaxda iki gün əvvəl ağır yaralanan sürücü xəstəxanada keçinib - YENİLƏNİB

24-06-2018, 10:02           

İki gün əvvəl Qazaxda avtomobil qəzası nəticəsində ağır xəsarət alan sürücü keçinib.



APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Kosalar kəndi ərazisində baş verib. Kənd sakini, 1972-ci il təvəllüdlü Alırzayev Nəriman Şahvələd oğlu idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun kənarında olan maneəyə çırpılıb.



Qəza zamanı sürücü ağır bədən xəsarəti alaraq Qazax Müalicə-Diaqnostika Mərkəzinə yerləşdirilmişdi.


Faktla bağlı araşdırma aparılır.



***** 22.06.2018 - 17.01



Qazaxda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.



APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Kosalar kəndi ərazisində baş verib. Kənd sakini, 1972-ci il təvəllüdlü Alırzayev Nəriman Şahvələd oğlu idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun kənarında olan maneəyə çırpılıb.



Qəza zamanı sürücü ağır bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.



Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.