İŞİD terror qruplaşması İraq hökumətindən saxlanılan qadınlarının azad edilməsini tələb edib. Onlar əks halda qaçırılan təhlükəsizlik orqanları əməkdaşlarını öldürməklə hədələyiblər.
Minval.info “RİA Novoste”-yə istinadən xəbər verir ki, İŞİD İraq təhlükəsizlik orqanlarının 6 əməkdaşını qaçırıb.
Şərtə görə, İraq hakimiyyəti İŞİD üzvlərinin qadınlarını azad etməyi qəbul etməzsə, 3 gün ərzində girovlar öldürüləcək.