Polis idarəsində intihara cəhd: Özünü binadan atdı – Bakıda

9-07-2018, 11:47           
Polis idarəsində intihara cəhd: Özünü binadan atdı – Bakıda
Bakının Qaradağ rayon polis idarəsində intihara cəhd hadisəsi baş verib. Yenicag.az-ın əldə etdiyi məlumata görə, şübhəli şəxs özünü polis idarəsinin inzibati binasının 3-cü mərtəbəsindən ataraq intihar etmək istəyib.
Qaradağ rayon polis idarəsinin əməkdaşları Binə ticarət mərkəzində yerləşən dükanların birində baş verən 13 min manatlıq oğurluq hadisəsini araşdıran zaman mağazanın şəriklərində olan Zabil adlı şəxsi idarəyə dəvət ediblər.
Məlumata görə, bir gün idarədə şübhəli şəxs kimi saxlanılan Zabil müstəntiqin otağında pəncərənin açıq olmasından istifadə edərək intihar etmək istəyib. 3-cü mərtəbədən özünü atan zaman avtomobilin üzərinə düşüb və bu səbəbdən də sağ qalıb. O, xəstəxanaya çatdırlıb. Vəziyyəti ağır kimi qiymətləndirilib. Zabil polisin ona verdiyi ağır işgəncələrə dözə bilmədiyi üçün intihar etmək istədiyini bildirib. O, özünü binandan yerə atan zaman neçənci mərtəbədə olduqlarını belə bilməyib.
Faktla əlaqədar araşdırmalar aparılacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.