Araz Əlizadə Ramiz Mehdiyevlə görüşdə olmadığını dedi

18-09-2015, 11:07           
Araz Əlizadə Ramiz Mehdiyevlə görüşdə olmadığını dedi
Seçkilərə qatılan bəzi partiya sədrləri ilə Prezident Administrasiyasında söhbətlər aparılır. “Turan” İnformasiya Agentliyi belə xəbər yayıb. Xəbərdə bildirilir ki, bu görüşlərə sentyabrın 17-dən start verilib. Məlumatda qeyd edilir ki, ilk görüşdə Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə və Vəhdət Partiyasının sədri Tahir Kərimli də iştirak edib.

Məsələ ilə bağlı ASDP-nin sədri Araz Əlizadə Modern.az-a açıqlama verib. O deyib ki, Prezident Administrasiyasında keçirilən görüşlərdə iştirak etməyib: “Bu cür xəbərlərin yayılması, sadəcə olaraq qara piardır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru