Bəy bal ayında öldü, səbəbi 100 gün sonra bilindi

11-07-2018, 00:33           

İngiltərədə bəy sevgilisi ilə getdiyi bal ayında dünyasını dəyişib. Teleqraf.com xəbər verir ki, Qərbi Yorkşirədə yeni ailə həyatı quran cütlük bal ayında dincəlmək üçün Afrikadakı Yaşılburun adalarına səfər ediblər.

33 yaşlı Aimee və 31 yaşlı Alan Simms Afrikada bir neçə gün qalıblar. Səfərin üçüncü günü Alanın səhhəti qəfil pisləşib. Qaldığı otelin xidmətçilərin onun zəhərləndiyini güman ediblər və ilkin tibbi yardım göstəriblər. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən bəyi həyata qaytarmaq mümkün olmayıb. Aimee təkbaşına ağlaya-ağlaya İngiltərəyə yola salınıb.

102-gündən sonra Alan Simmsin meyiti ölkəsinə göndərilib. Təkrar tibbi ekspertiza zamanı bəyin 19 yaşında düçar olduğu beyin xərçəngindən öldüyü üzə çıxıb. Alan Simms ölən günə qədər xərçəngə yoluxduğunu bilməyib.

Aimee mərhum əri haqqında bunları deyib: "O, çox dostcanlı idi. Onun gur səsi və iri gövdəsindən ötürü çox darıxmışam. Səni heç vaxt unutmayacam Alan!"












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.